2024-cü ilin fevral ayında Avropa avtomobil bazarında maraqlı tendensiyalar müşahidə olunub.
Azərbaycanda 12 yük maşını buraxılıb - 2-Sİ ANBARDA QALIB
FED.az xəbər verir ki, ən çox satılan model “Dacia Sandero” olub – bu modelin 21,604 ədəd satıldığı bildirilir. İkinci yerdə “Citroen C3” (18,540 ədəd), üçüncü yerdə isə “Renault Clio” (18,348 ədəd) qərarlaşıb. Bundan başqa, “Peugeot 208”, “Volkswagen Golf”, “Dacia Duck”, “Peugeot 2008”, “Volkswagen Tiguan” və “Toyota Yaris Cross” da ən çox satılan avtomobillər sırasında yer alıb.
Elektrikli avtomobil bazarında isə vəziyyət fərqlidir. Tesla hazırda bir sıra çətinliklərlə üzləşir və bu, bəzi rəqiblərinə bazarda daha çox pay əldə etməyə imkan yaradıb. Fevral ayında Avropada Çin mənşəli avtomobil markaları 19,800 elektrik avtomobil sataraq Tesla-nı geridə qoyub. Tesla eyni dövrdə 15,700 yeni avtomobil qeydiyyatdan keçirib. Müqayisə üçün, ötən ilin eyni ayında Tesla 28,131, Çin markaları isə 23,182 ədəd elektrik avtomobili satmışdı.
Çin şirkətləri arasında Avropada ən çox satılan markalar Volvo, BYD və Polestar olub. Volvo elektrik avtomobil satışında 30% azalma ilə üzləşsə də, BYD 94%, Polestar isə 84% artım nümayiş etdirib. Digər Çin markalarından Xpeng 1,000-dən çox, Leapmotor isə təxminən 900 avtomobil satıb.
Bu rəqəmlər Avropada həm daxiliyanma mühərrikli, həm də elektrikli avtomobil bazarında mühüm dəyişikliklərin baş verdiyini göstərir. Çin şirkətlərinin Tesla-nı sıxışdırması və ən çox satılan modellər siyahısında Avropa markalarının üstünlük təşkil etməsi sektordakı rəqabətin daha da gücləndiyini göstərir.
Ən çox satılan markalar və rəəqmlər :
“Dacia Sandero”: 21 604 ədəd
“Citroen C3”: 18 540 ədəd
“Renault Clio”: 18 348 ədəd
“Peugeot 208”: 16 532 ədəd
“Volkswagen Golf”: 16 033 ədəd
“Dacia Duck”: 15 284 ədəd
“Peugeot 2008”: 14 403 ədəd
“Volkswagen Tiguan”: 14 363 ədəd
“Toyota Yaris Cross”: 13 889 ədəd