Elektrik avtomobilləri üçün dünyanın ən böyük akkumulyator istehsalçısı – Çinin CATL şirkəti bu il akkumulyatorların qiymətini 50 faizədək ucuzlaşdıracağını iddia edir.
Çindən Azərbaycana avtomobil "daşıyırlar" - SAYI 2 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, CATL və digər bazar lideri BYD hazırda Konqoda uşaq əməyi və təhlükəli mədənçilik hesabına başa gələn bahalı və nadir metal olan kobaltdan istifadə etmədən akkumulyator istehsalına başlayıb.
Çin elektrik və hibrid avtomobillər üçün ən böyük bazardır, lakin orada elektrik avtomobillərinə tələbat 2022-ci ildəki 96 faizlik artımdan 2023-cü ildə 36 faizlik artımadək azalıb.
Son vaxtlara qədər elektromobil akkumulyatorlarının istehsalı əsasən litium, nikel, manqan və kobalta əsaslanırdı. İndi isə istehsalında kobaltdan istifadə edilmədiyi üçün bu akkumulyatorlar daha ucuz başa gələcək. (Azərtac)