Bu ilin ilk 11 ayında Azərbaycana 55,3 milyon dollar dəyərində 1 861 ədəd yalnız elektrik mühərrikli avtomobil (elektromobil) idxal edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, elektromobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 59,5 milyon dollar və ya 51,8%, miqdar ifadəsilə isə 1 010 ədəd, başqa sözlə 35,2% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində ölkəyə 114,8 milyon dollar dəyərində 2 min 871 ədəd elektromobil gətirilmişdi.
Bu ilin ilk 11 ayının nəticələrinə görə idxal olunan bir elektromobilin orta qiyməti 29 min 707 dollar (təxminən 50 min 502 manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 39 min 983 dollar (təxminən 67 min 971 manat) idi. Bu da illik müqayisədə 10 min 276 dollar (17 min 469 manat) və ya 25,7% ucuzlaşma deməkdir.










