Bu ilin ilk 11 ayında Azərbaycana ümumi dəyəri 1 milyard 130 milyon dollar olan 58 min 471 ədəd hibrid mühərrikli minik avtomobili idxal edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, hibrid avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 529,5 milyon dollar və ya 88,1%, miqdar ifadəsilə isə 35 min 817 ədəd, başqa sözlə 158,1% (2,6 dəfə) çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 600,8 milyon dollar dəyərində 22 min 654 ədəd hibrid avtomobil gətirilmişdi.
Bu ilin ilk 11 ayının nəticələrinə görə idxal olunan bir hibrid avtomobilin orta qiyməti 19 min 331 dollar (təxminən 32 min 863 manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 26 min 519 dollar (təxminən 45 min 82 manat) idi. Bu da illik müqayisədə 7 min 188 dollar (12 min 220 manat) və ya 27,1% ucuzlaşma deməkdir.










