ABŞ-ın "Consumer Reports" nəşrinin versiyasına görə "Mazda" ən etibarlı avtomobillərin reytinqində birinci olub.
Eləcə də bax: Dünyada ən tez və ən gec ucuzlaşan avtomobillər – MƏLUM OLDU- SİYAHI
FED.az xəbər verir ki, siyahı avtomobil istehsalçılarının bütün modellərinin etibarlılıqları nəzərə alınaraq təşkil edilib.
Tədqiqatın gedişatında 2000-2020 buraxılış ilinə malik 330 min avtomobilin sahibinin rəyi soruşulub. Respondentlərdən həmçinin son 1 il ərzində avtomobillərlə bağlı problemlər haqqında rəy öyrənilib. Ballar avtomobillərin markalarına alınmış cavablar əsasında verilib.
Eləcə də bax: Dünyanın ən güclü 6-təkərli pikapı debüt edib
Siyahıda ikinci yerdə “Toyota”, üçüncü yerdə “Lexus” qərarlaşıb.
Qeyd edilir ki, “Mazda” rəy sorğusunda 83 bal yığıb və ilk dəfə reytinqin lideri olub.
Ən etibarlı avtomobillərin ilk beşliyinə həmçinin “Buick” və “Honda” markaları daxil olub. (Report)