Dünyanın ən qiymətli 50 avtomobil istehsalçısının sıralamasında bazar dəyəri 1 milyard dolları keçən şirkətlər yer alır.
“Volvo” tanınmış brend olsa da, gəliri bir neçə modeldən asılıdır – REYTİNQ AGENTLİYİ
FED.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən elektrikli avtomobil istehsalçısı Tesla, 1,37 trilyon dollarlıq bazar dəyəri ilə siyahının lideridir. İlon Maska məxsus bu şirkət, elektrikli avtomobillərin hazırlanması, istehsalı və satışı ilə məşğul olan önəmli brend kimi tanınır.
İkinci yerdə Toyota 240 milyard dollarlıq bazar dəyəri ilə, üçüncü yerdə isə Xiaomi 111,9 milyard dollarlıq göstərici ilə qərarlaşıb. Dördüncü sırada BYD 110,1 milyard dollarla yer alıb. İlk beşliyi Ferrari 78,2 milyard dollarlıq bazar dəyəri ilə tamamlayır. Digər əsas istehsalçılardan Porsche 58,4 milyard dollarlıq dəyərlə altıncı, Mercedes-Benz isə 57,7 milyard dollarla yeddinci sıradadır.
General Motors 56 milyard dollarla səkkizinci, BMW 52,4 milyard dollarla doqquzuncu, Volkswagen isə 50,7 milyard dollarlıq bazar dəyəri ilə onuncu yeri tutur.
Baxmayaraq ki, Xiaomi üçüncü sırada yer alır, bu şirkətin gəlirlərinin əsas hissəsi müxtəlif texnoloji cihazların satışından əldə olunur. Şirkət 2021-ci ildə elektrikli avtomobil istehsalına başlamaq niyyətində olduğunu açıqlayıb və ötən il “SU7” adlı elektrik idman avtomobilini təqdim edib.
Siyahıda yer alan ən yüksək dəyərə malik 50 avtomobil istehsalçısından 17-si Çin, 8-i Yaponiya, 6-sı ABŞ, 4-ü Almaniya və 3-ü Hindistandan olan şirkətlərdir. Bundan başqa, Cənubi Koreya, İsveç, Türkiyə və Tayvandan iki, Fransa, İtaliya, Hollandiya və Vyetnamdan isə bir şirkət bu sıralamada yer alıb.