«Moody's» reytinq agentliyi dünyanın məşhur avtomobil istehsalçılarından olan «Volvo Car AB»nin reytinqini və buna əsas olan məqamları açıqlayıb.
Azərbaycanda Çinin hibrid avtomobilləri ucuzlaşır - SƏBƏB - ARAŞDIRMA - VİDEO
Yanacaq sərfi 2,9 l/100 km, gediş məsafəsi 2000 km – QİYMƏTİ 12,3 MİN DOLLAR
FED.az xəbər verir ki, bu ilin 16 yanvarında agentlik «Volvo Car AB»nin reytinqini bir daha dəqiqləşdirib.
Agentliyin açıqlamasında bildirilir ki, «Volvo Car AB»nin Ba1 (CFR) reytinqi və «sabit» proqnozu bir neçə məqamla bağlıdır. Bunlar
(1) «Volvo»nun məşhur brend olması və daxili bazarda yerini möhkəm saxlaması,
(2) qlobal bazarda, o cümlədən Çin bazarında təmsil olunması – buna «Volvo Car AB»nin çinli səhmdarlarının (Zhejiang Geely Holding Group Company Limited) olması da təsir edir.
(3) şirkətin daima elektrikləşməyə yatırım etməsi, haqsı ki, «Volvo»nun elektrik modellərinin sayını artırır,
(4) ehtiyatlı maliyyə siyasəti
(5) əla likvidliyidir.
Bununla yanaşı,
«Moody's» reytinq agentliyi «Volvo Car AB»nin problemlli tərəflərini də açıqlayıb, hansı ki, gələcəkdə şirkətə çətinlik yarada bilər. Bunlar
(1) «Volvo Cars»ın digər qlobal markalarla müqayisədə premium maşınlar bazarında bazar payının kiçik olması,
(2) premium maşın istehsal edən digər şirkətlərdən fərqli olaraq daha az gəlirlə işləməsi – rentabelliyinin aşağı olması,
(3) «Volvo Cars»ın maşın assortimentinin hələ də kiçik oliması və şirkətin uğurlarının bir neçə modeldən asılı olması, belə ki, hesabat hazırlanan dövrün sonuncu ayında (sentyabr 2024) «Volvo Cars»ın pərakəndə satışlarının 73%-i 4 krossoverin - XC40, EX40, XC60 və XC90 payına düşüb.
(4) «Volvo Car»la bağlı daha bir problem şirkətin ekoloji standartlara çox sərt şəkildə əməl etməsidir. Bu ilk baxışdan yaxşı olsa da, yüksək kapital qoyuluşu və xərc tələb edir, şirkətin elektrik avtomobillərini keçidinə səbəb olur, bu sahə isə çox da gəlirli olmadığına görə, şirkətin ümumi yükünü artırır.
(5) 5-ci səbəb təkcə Volvo ilə deyil, ümumilikdə avtomobil sənayesi ilə bağlıdır- bu bazar ümumiyyətlə olduqca tsiklik və yüksək rəqabət olan sahədir.