Dünyada elektrikli avtomobillərin sayı 2045-ci il üçün 500 milyona çatacaq.
Eləcə də bax: «Cahan Motors»: Elektromobillərin sayını bu üsullarla artırmaq olar
FED.az xəbər verir ki, bu barədə OPEC-in "World Oil Outlook" (WOO) illik hesabatında bildirilir.
Hesabata əsasən, 2045-ci ilədək qlobal avtomobil parkı təxminən iki dəfə artaraq 2,6 milyona çatacaq, burada elektromobillərin payı 20% təşkil edəcək.
Qeyd olunur ki, neftə olan tələbatın uzunmüddətli artımı elektrikli avtomobillərin istehlakçıların həyatına daha dərin daxil olması ilə məhdudlaşacaq. Buna görə də, nəqliyyat sektorunda neftə olan gündəlik tələbat 2045-ci ilədək olan müddət ərzində 46-46,5 mln. barel civarında stabil olaraq qərarlaşacaq.
Eyni zamanda, daxili yanma mühərrikli avtomobillər bazarda daha böyük paya (76%) sahib olmağa davam edəcək, bu da əsasən inkişaf etməkdə olan ölkələrdəki tələbat sayəsində təmin ediləcək. (Apa)