Azərbaycanda elektromobil satışı ilə məşğul olan şirkətlər bu avtomobillərin təbliği üçün hökumətin əlavə addımlar almalı olduğunu bildirirlər.
Elektromobillər 2050-ci ilədək qlobal neft emalı tələbatını - İki Dəfə Azalda Bilər
FED.az xəbər verir ki, «CAHAN Motors»un direktoru Adil Axundov bildirib ki, Azərbaycanda elektronmobillərin artması üçün hökumət 2 istiqamətdə addımlar ata bilər.
Bunlardan biri təşviqləndirici addımlardır. «İnzibati cəhətdən isə dünya təcrübəsində görə bilərik ki, müəyyən təşviqedici addımlar (məs: vergi güzəştləri) ümummilli, bəziləri isə lokal (məs: parklama xərclərindən azad edilməsi xüsüsi ayrılan parklama yerləri və s.) xarakterlidir»-deyə direktor bildirib.
A.Axundov xatırladıb ki, elektromobillərin ən çox istifadə olunduğu ölkələrdə bu maşınlar (1) gömrük rüsumundan azad edilir, (2) - elektromobil idxal edən şəxslərə hər avtomobilə görə dövlət tərəfindən subsidiya verilir, (3) elektromobillər parklama xidmətindən tam azad edilir.
Şirkət rəhbəri xatırladıb ki, tam elektrik avtomobillər bu gün yalnız 15 faiz idxal rüsumu ilə rəsmiləşdirilir.