2020-ci ildə bütün dünyada satılan elektromobillərin sayı rekord həddə - 3 milyona çatıb, əvvəlki illə müqayisədə artım 41 faiz təşkil edib. Bununla yanaşı, istehlakçılar elektromobillərin alınmasına 120 milyard dollar xərcləyiblər ki, bu da 2019-cu ilin göstəricilərindən 50 faiz çoxdur.
Eləcə də bax: “Azərmaş”ın sədri: “Çip çatışmazlığı avtomobil istehsalımıza təsir edir”
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “Global Electric Vehicles 2021” hesabatında bildirilir.
Belə ki, koronavirus pandemiyası fonunda dünya avtomobil sənayesi 2020-ci ildə böyük şok yaşayıb və əvvəlki illə müqayisədə 16 faiz azalıb. Bunun fonunda elektron avtomobillərin satışı artıb.
2020-ci ildə elektromobillərin satışı dünyada avtomobillərin ümumi satış həcminin 4,6 faizini təşkil edib.
Dünyada istifadə olunan elektromobillərin ümumi sayı 10 milyonu ötüb.
Hesabatda deyilir ki, dünyada elektromobillər bazarı növbəti 10 ildə əhəmiyyətli dərəcədə artacaq.