Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 11 oktyabrda keçirilən növbəti hərracda 14 nəqliyyat vasitəsi özəlləşdirilib.
Eləcə də bax: AzerGold-un “Toyota”ları hərraca çıxarılır – Start qiyməti 15 000 AZN - SİYAHI
FED.az xəbər verir ki, sifarişlərin çox olması hərracı rəqabətli edib. Belə ki, ilkin start qiyməti 14 min manat olan “Toyota Corolla” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 24.450 manata satılıb.
100 kilometrə 1,55 litr benzin işlədən - KROSSOVERİN SATIŞI BAŞLADI - QİYMƏT
Ümumilikdə budəfəki hərraca 14 avtomobil çıxarılıb. Bunlardan 1-i «MAZ», 3 avtomobil «Chevrolet Niva», 1 «Toyota Corolla», 8-i «VAZ», 1-i isə «UAZ» avtomobili olub.
Hərrəca çıxarılan avtomobillərin 7-si ilkin qiymətə satılıb. 7 avtomobil isə rəqabət nəticədə daha baha qiymətə satılıb.
Belə ki, 5500 manatasatışa çıxarılan «Chevrolet Niva»lardan 2-si daha yüksək qiymətə satılıb.
Hərrakcan nəticələri daha ətraflı aşağıdakı cədvəldə:
Bakı şəhəri üzrə 11 oktyabr 2022-ci il tarixində keçirilmiş hərracda satılmış nəqliyyat vasitələrinin siyahısı
№ |
Balanssaxlayıcı müəssisənin adı |
Avtonəqliyyat vasitələrinin markası |
Buraxılış ili |
Hərraca çıxarılan ilkin satış qiyməti (manat) |
Hərracda yekun satış qiyməti (manat) |
Protokol №-si və tarixi |
1 |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "37 №li Yol İstismarı" MMC |
MAZ 5549 yük |
1980 |
2000 |
2000 |
26/22 03.09.2022 |
2 |
Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosia İnkişaf Fondu |
Chevrolet Niva LC minik |
2012 |
5500 |
5610 |
26/22 03.09.2022 |
3 |
Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosia İnkişaf Fondu |
Chevrolet Niva LC minik |
2012 |
5500 |
5500 |
26/22 03.09.2022 |
4 |
Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosia İnkişaf Fondu |
Chevrolet Niva LC minik |
2012 |
5500 |
7500 |
26/22 03.09.2022 |
5 |
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialı |
Toyota Corolla minik |
2013 |
14000 |
24450 |
26/22 03.09.2022 |
6 |
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti |
VAZ 21214 |
2008 |
2500 |
2675 |
26/22 03.09.2022 |
7 |
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC |
Vaz 2106 Minik |
2003 |
2500 |
3600 |
26/22 03.09.2022 |
8 |
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti |
VAZ 21214 Minik |
2008 |
2000 |
2000 |
26/22 03.09.2022 |
9 |
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti |
VAZ 21214 Minik |
2008 |
2000 |
2000 |
26/22 03.09.2022 |
10 |
Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti |
VAZ 21213 Minik |
2004 |
1200 |
1200 |
26/22 03.09.2022 |
11 |
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti |
VAZ 21214 Minik |
2008 |
2500 |
2500 |
26/22 03.09.2022 |
12 |
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti |
VAZ 21214 Minik |
2008 |
2000 |
2000 |
26/22 03.09.2022 |
13 |
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti |
VAZ 21214 Minik |
2008 |
2000 |
2180 |
26/22 03.09.2022 |
14 |
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti |
UAZ 31519-095-02 minik |
2005 |
4000 |
4300 |
26/22 03.09.2022 |
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.