Çinin aparıcı elektrik avtomobil istehsalçısı “BYD” şirkəti ildə 150 min elektrik və hibrid avtomobil istehsal gücünə malik zavodun tikintisi layihəsi çərçivəsində Türkiyə iqtisadiyyatına təxminən 1 milyard dollar sərmayə qoyur.
“BYD” Azərbaycanda elektrobusların istehsalını - TƏŞKİL EDƏCƏK
FED.az xəbər verir ki, müvafiq saziş Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi və Çin şirkətinin rəhbərliyi arasında bağlanıb.
2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılan yeni müəssisədə beş minə qədər insan işləyəcək.
Prezident Rəcəb Tayyib Ərdoğan Çinin elektrik avtomobil istehsalçısının idarə heyətinin sədri Vanq Çuanfunu qəbul edib.
Çinli avtomobil istehsalçısının nümayəndələri diqqəti Türkiyə bazarının üstünlüklərinə, o cümlədən ölkənin inkişaf etmiş texnoloji infrastrukturuna çəkiblər ki, bu da Avropa bazarında onun payını genişləndirməyə imkan verəcək. (Azərtac)