Çində daha bir ucuz elektrik avtomobilinin istehsalına başlanılıb.
Yanvarda Azərbaycanda maşınların istehsalı - İKİ DƏFƏ ARTIB
FED.az xəbər verir ki, «Weiao BOMA EV» markalı avtomobil hətta Rusiya istehsalı olan «LADA Granta»dan da ucuzdur.
4 nəfərlik avtomobilin qiyməti 40 min yuandan (5,5 min dollardan) başlayır.
Yeni «Weiao BOMA EV» - şəhərdaxili istifadə üçün kiçik elektromobildir. Onun uzunluğu cəmi 352 santimetr, eni 150 sm, hündürlüyü isə 166 sm-dir. Maşının təkər bazası təqribən 2,5 metr təşkil edir.
Avtomobil qabaq oxda quraşdırılmış 30 kVt, yəni 41 at gücündə mühərriklə hərəkətə gətirilir.
Yeni avtomobil 2 versiyada buraxılıb. Baza versiyası 11,9 kVt saat gücü olan akkumulyatorla buraxılıb və 130 km məsafə qət eə bilir. Daha bahalı variant isə 18,5 kVt saatlıq akkumulyatora malikdir, hansı ki, 200 kilometr gedə bilir. Yeni elektrokar maksimum 100 km sürətlə hərəkət edə bilir.
Avtomobildə monitor, kondisioner, parktronik, 6 dinamikli akustika, ABS, EBD və təkərlərdə təzyiq ölçən qurğular var.
Amma bu avtomobildə təhlükəsizlik yastığı nəzərə tutulmayıb. «Weiao BOMA EV» üçün qiymətlər 40-52 min yuan arasında dəyişir – bu da təqribən 5,5-7,5 min dollara bərabərdir.