Çin, casusluqda istifadə edildiyi iddia edilən Çin istehsalı olan avtomobillərlə bağlı ABŞ-ın araşdırmasından ciddi narahatdır.
Xaricdən gətirilən elektromobillər 1 800 manat ucuzlaşıb - RƏQƏMLƏR
FED.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Ticarət Nazirliyinin nümayəndəsi bildirib.
"ABŞ milli təhlükəsizlik bəhanəsi ilə Çin avtomobillərinin normal ixracına maneələr yaradır", - Nazirliyin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, ABŞ-ın qeyri-tarif maneələri yaratmaq cəhdi qlobal avtomobil sənayesini və təchizat zəncirlərini sarsıdan və Amerika istehlakçılarının maraqlarına zərər verən tipik proteksionist təcrübədir.
"Çin ABŞ-ı bazar prinsiplərinə hörmət etməyə və ədalətli rəqabət mühiti yaratmağa çağırır"- Çin Xalq Respublikasının Ticarət Nazirliyinin nümayəndəsi deyib. Onun sözlərinə görə, Çin tərəfi "zəruri hallarda öz qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün təsirli tədbirlər görəcək".
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq də bildirib ki, ABŞ prezidenti Co Bayden ticarət-iqtisadi əməkdaşlıq məsələlərini siyasiləşdirir.
ABŞ, milli təhlükəsizliyinə mümkün təhdidlər səbəbindən idxal olunan Çin avtomobilləri ilə bağlı araşdırmaya başlayıb. Qeyd edilib ki, Çindən idxal olunan nəqliyyat vasitələri vətəndaşlar və infrastruktur haqqında məxfi məlumatları toplaya və sonra onu Çin hakimiyyət orqanlarına ötürə bilər. (Marja)