Norveçin "Rystad Energy" enerji tədqiqatı və konsaltinq şirkəti bildirib ki, atmosferə karbon emissiyasını azaltmaq məqsədilə dünyada elektrikli avtomobillərin çoxalması 2050-ci ilədək qlobal neft emalına tələbi iki dəfə azalda bilər.
Eləcə də bax: "Renault" 2 min nəfəri işdən çıxarmağı - Planlaşdırır
FED.az xəbər verir ki, şirkətin baş vitse-prezidenti Mukeş Sahdev qeyd edib ki, 2050-ci ilədək nəqliyyat vasitələrinin təxminən 90%-i artıq elektrikli olacaq və bu ssenaridə qlobal neft emalının həcmində 50%-lik azalma müşahidə olunacaq.
Bundan əlavə, M.Sahdev bildirib ki, bu halda benzin və dizelin qlobal istehlakı da kəskin azalacaq, lakin digər emal olunmuş neft məhsulları üçün, məsələn, aviasiyada və dəniz nəqliyyatında tələb yüksək qala bilər. Nəticədə, ssenariyə görə, azalacaq neft emalı sektoru hələ də qismən yüksək qalacaq tələbi ödəmək üçün əlində olan imkanların və malların rasionallaşdırmasına başlamalıdır. (Apa)