Yeni «Toyota Camry» avtomobili Çində satış rekordları vurur, «Toyota Highlander» və «Toyota Sienna»nın satışları da sürətlə artır.
FED.az xəbər verir ki, Yaponiyanın «Toyota» və Çinin «GAC» şirkətinin birgə müəssisəsi olan «GAC Toyota» elan edib ki, 2024-cü ildə 770 147 avtombil satılıb. Bunun təqribən yarısı – 48%-i hibrid maşınların payına düşüb.
Ən yaxşı satışlar «Camry» modelinə aiddir. İlk dövrlər yeni «Toyota Camry XV80»ya tələbat böyük olmayıb, birinci ay cəmi 5 min sifariş qəbul edilib, amma sonradan satışlar «partlayıb», il ərzində 158 min maşın satılıb. Hər üç maşından ikisi hibrid versiyanın payına düşüb.
«Toyota»nın başqa modelləri də sürətlə satılır – il ərzində 79 min ədəd «Toyota Highlander» (7% artım) və 89 min ədəd «Toyota Sienna» satılıb (17% artım).