Londonun bahalı Meyfeyr rayonunda «Ettore’s Espresso Bar» qəhvəxanası açılıb.
Eləcə də bax: 13 min dollara elektrik avtomobili – BİRDƏFƏYƏ 400 KM GEDƏ BİLƏR
Ettore Buqattinin şərəyinə adlandırılan kofe məkanı «H.R. Owen Bugatti» diler mərkəzinin binasında yerləşir. Əvvəllər buraya yalnız dəvətnamə ilə daxil olmaq mümkün idi, indi isə istənilən şəxs yaxınlaşıb kofe sifariş edə bilər. Qəhvəxanada əsas içki «The Ettore Shot» espressosudur. Bu içki karboplastikdə verilir və qiyməti 50 funtdur.
Əslində bu adi espressodur, amma təqdimatı fərqli, «Bugatti» stilindədir. Üstəlik buraya gəlib qəhvə sifariş verənlər yeni hiperkarlarla tanış ola, brendin nümayəndələri ilə söhbət edə bilərlər. Qəhvəxananın mebeli də «Bugatti Home» kolleksiyasındandır.