Çinin «Geely» şirkəti ilk dəfə olaraq ucuz qiymətə elektrik avtomobili təqdim edib. Elektrik krossoveri «Geometry E» bir dəfə enerji yığmaqla 400 kilometr gedə bilir.
FED.az xəbər verir ki, bir neçə versiyada buraxılacaq «Geely Geometry E» avtomobillərinin qiyməti və yol getmə ehtiyatı fərqli olacaq.
Artıq sifarişə açıq olan avtombilin 15 min dollarlıq versiyası 400 kilometr gedə biləcək. «Cute Tiger» adlanan baza versiya isə ümumiyyətlə 12 950 dollardır və 320 kilrmetr getmək imkanı var.
«Linglong Tiger» və «Thunder Tiger» variantları isə 39,4 kVt·saatlıq batereya ilə təmin edilib və 401 km gedə bilir - onların qiyməti 14 600 - 15 500 dollardır.
Vacib göstəricilərdən biri – avtomobil sürətli enerji yığmaq qabiliyyətinə malikdir – 0-dan 80%-dən enerji yığılması üçün yarım saat kifayət edir. Avtomobil bir elektrik mühərriki ilə hərəkətə gətirilir. «TZ160XS601» mühərrikinin gücü o qədər də böyük deyil - cəmi 81,5 at gücü, amma saatda 121 kilometr sürət yığmaq olur.
«Geometry E»nin qabaritləri kiçikdir – 4004 x 1765 x 1550 mm. Əvəzində təkər bazası böyükdür – 2485 mm. Avtomobildə digər maraqlı versiyalarla birlikdə 2 böyük – 10 dümlük ekran var.