Nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin müvafiq kənarından ikinci və sonrakı cərgələrdə saxlayanlar cərimə ediləcək.
Eləcə də bax: Azərbaycanda qanunsuz ödənişli parklanma yeri təşkil edənlər cərimələnəcək - MƏBLƏĞ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin müvafiq kənarından ikinci və sonrakı cərgələrdə, qanunsuz olaraq səkilərdə, habelə hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda hərəkət hissəsində dayanmasına və durmasına görə 40 manat cəimə müəyyən edilir.