Dövlət və bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə cərimələr müəyyənləşib.
Eləcə də bax: Bakıda parklanma qaydaları dəyişir - QANUNDA YENİLİK
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Belə ki, dövlət və bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2 min manat məbləğində cərimə ediləcək.