"İstismar müddəti 3 ili ötmüş avtomobillər il ərzində demək olar ki, ölkə ərazisinə buraxılmayıb".
Eləcə də bax: Azərbaycana idxal olunan avtomobillərin yarıdan çoxu - İŞLƏNMİŞ MAŞINLARDIR
Bunu FED.az-a açıqlamasında Dövlət Gömrük Komitəsinin rəsmisi Tariyel Alverdiyev deyib.
T.Alverdiyev bildirib ki, dövlət qurumları ekoloji təmiz avtomobillərin kütləviləşməsinə maraqlıdır:
"Buna görə bu ilin 3 ayı ərzində istismar müddəti 3 ili ötmüş nəqliyyat vasitələri ölkəyə buraxılmayıb".