"Azərbaycana idxal olunan yeni avtomobillərin sayı 2019-cu ildən 2021-ci ilə kimi - 9 ay ərzində əhəmiyyətli dərəcədə dəyişməyib".
Eləcə də bax: Dövlət qurumlarına bu avtomobilləri almaq - QADAĞAN EDİLDİ - RƏSMİ
Bunu “Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda keçirlən mətbuat konfransında FED.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
Ekspert bildirib ki, lakin işlənmiş avtomobillərlə bağlı vəziyyət tamamilə fərqlidir:
"Belə ki, işlənmiş avtomobillərin sayı 57 % artıb. 9 aylıq nəticəni izləyəndə aydın olur ki, 2019-cu ildə istismar olunmuş avtomobillərin Azərbaycana idxalı 31 347, 2020-ci ildə 38 611, 2021-ci ildə isə 49 392 olub. Lakin adam daşımaq üçün nəzərdə tutulmuş yeni minik avtomobillərin Azərbaycana idxalında ciddi fərq yoxdur. 2019-cu ildə 11 643, 2020-ci ildə 10 827, 2021-ci ildə isə 11 034-dür".