Böyük Britaniyada elektrik avtomobillərin istehsalı azalıb.
Bu il xaricdən Azərbaycana 104 milyon dollarlıq elektromobil idxal edilib
FED.az xəbər verir ki, Britaniya Avtomobil İstehsalçıları və Ticarətçilər Cəmiyyətinin (SMMT) açıqlamasına görə, ölkədə ümumi avtomobil istehsalı ötən illə müqayisədə 14 mindən çox azalıb. Azalmaya tələbatın səbəb olduğu bildirilir.
Hibrid avtomobillərin istehsalı da ötən illə müqayisədə 1/3 nisbətində azalıb. Bildirilib ki, bunun da əsas səbəbi Avropada elektrikli avtomobillərə olan tələbatın azalmasıdır.
Ötən həftə “Ford” şirkəti bildirib ki, gələn üç il ərzində Britaniyada 800 iş yerini ixtisar edəcək. Şirkət buna çətin ticarət şəraiti, artan rəqabət və elektrik avtomobillərə olan tələbatın azalması kimi səbəbləri göstərib. (Azərtac)