«Bolt» şirkəti Azərbaycanda birgə səfər zamanı narahatlıq hiss edən sürücü və sərnişinləri bir-birindən ayırmaq funksiyasını işə salıb.
Azərbaycanda Bolt sürücüsünə 267 manat bəxşiş verilib - 1 nəfər il ərzində 1755 dəfə istifadə edib
Şirkətdən FED.az-a verilən məlumata görə, xidmət həm istifadəçilər, həm də Bolt-un tərəfdaşları olan sürücülər üçün daha da rahat səfərlərin təşkil edilməsi məqsədilə yeni «Unmatching driver-rider» (Uyğun olmayan sürücü-sərnişin) funksiyasını əlavə edib.
«Unmatching driver-rider» funksiyası tərəflərdən ən azı birinin gedişi bəyənmədiyi halda istifadəçini və sürücünü bir-birindən ayırmağa imkan verən funksiyadır.
Başqa sözlə, əgər sərnişin səfərin sonunda sürücüyə aşağı qiymət verərsə və ya əksinə olarsa, Bolt xidməti bir daha həmin sürücü və sərnişinə bir-biri ilə səfər etməyi təklif etməyəcək.