Bakı Nəqliyyat Agentliyi (BNA) 2019-2020-ci illərdə Bakı şəhərində dayanma və durma qaydalarının pozulmasına görə, avtomobil sahiblərinə 24 milyon 379 min manat cərimə yazıb.
Eləcə də bax: Azərbaycanda qanunsuz ödənişli parklanma yeri təşkil edənlər cərimələnəcək - MƏBLƏĞ
FED.az xəbər verir ki, 2019-cu ildə sürücülərə 14 milyon 937 min manat, 2020-ci ildə isə 9 milyon 442 min manat cərimə yazılıb.
Cərimələr – Bakı Nəqliyyat Agentliyinin əsas gəlir mənbəyidir. BNA-nın digər xərcləri, o cümlədən əmək haqları da cərimələrin hesabına maliyyələşdirilir. Cərimələrdən başqa Agentlik yalnız dövlət investisiyaları şəklində dəstək alır. Eləcə də avtomobil dayanacaqlarından əldə edilən gəlirlər şəklində daxil olmalar var. Amma bu məbləğ kiçikdir – yarım milyon manat.
Amma bu cərimələrin 6,4 milyon manatını, yəni təqribən 25%-ni indiyədək toplamaq mümkün olmayıb.
Maraqlıdır ki, 2019-cu ildə BNA-nın toplaya bilmədiyi cərimələrin məbləği 5 milyon 969 min manat idisə, 2020-ci ilin sonunda bu rəqəm bir qədər də artaraq 6 milyon 365 min manata yüksəlib.