Özbəkistandakı «Şevrolet» zavodunda istehsal edilən «Ravon» avtomobillərinin ixracı bərpa edilib. FED.az xəbər verir ki, artıq bu modellərin Qazaxıstan və Belarusa ixracı başlayıb.
Maraqlıdır ki, son yarım ildə bu avtomobillərin ixracı dayanmışdı, hər halda Avropa Biznes Assosiasiyasının statistikasına görə, 2018-ci ilin iyunundan indiyədək bir ədəd də olsun özbək «Şevrole»si satılmayıbdır. Şirkətin öündə bunu qiymətlərə yenidən baxılması ilə iah ediblər. Amma indi vəziyyət dəyişib. Özbəkistandakı GM şirkəti 2019-cu ili ixrac ili elan edib. Əvvəocə Əfqanıstana, sonra isə Qazaxıstana avtomobil ixracı bərpa edilib.
Ötən həftə isə «Ravon» avtomobillərinin Belarusa nəqli başlayıb. Bu ölkəyə Nexia R3 və R4 modelləri ixrac ediləcək. Yaxın vaxtlarda bu avtomobillərin Rusiyaya da nəqli başlayacaq. Qeyd edək ki, hazırda satılan «Ravon»lar Nexia R3 (keçmiş Aveo) və R4 (keçmiş Cobalt) modelləridir.
Eləcə də bax: Ən çox yanacaq işlədən krossover və yolsuzluq avtomobilləri - AÇIQLANDI
«Ən ucuz xarici avtomobil» - SATIŞLARA YENİDƏN BAŞLAYIR
09:45
11 Aprel 2019