Çin istehsalı olan yeni lüks avtomobili ardıcı olaraq bir neçə aydır ki, Çin bazarında «BMW 7» və «Mercedes-Benz Maybach» kimi dünyada məşhur modelləri satış həcminə görə üstələyir.
«Nissan» batmamaq üçün 7 zavodu bağlayır, 20 min nəfəri ixtisar edir
FED.az AVTO xəbər verir ki, Çinin «Huawei» və «JAC» şirkətlərinin birgə istehsalı olan «Maextro S800» avtomobili 2026-cı ilin yanvarında da yerli bazarda ən çox satılan lüks avtomobil adını özündə saxlayıb.
Bum odel satış həcminə görə, «BMW 7-ci seriya»nıv ə «Mercedes-Benz Maybach S-Class»ın birgə satış həcmini üstələyib.
Belə ki, 2025-ci ilin avqustunda satışlarına başlanandan indiyədək «Maextro S800» dəbdəbəli avtomobillər bazarında üstünlüyü ələ keçirib. Eri gəlmişkən, Çin istehsalı olmasına baxmayaraq bu modellərin qiyməti ucuz deyil – qiymətlər 700 000 yuan və ya 100 min dollardan başlayır.
Məxsusi olaraq bu modelin qiyməti 708 000 yuandan 1 018 000 yuana qədər, yəni 102 600 – 147 520 dollar arasında dəyişir.
2025-ci ilin dekabrında «S800» 4378 ədəd satılaraq satış rekordu vurub və rəqiblərini xeyli qabaqlayıb.
2026-cı ilin yanvarında isə «Maextro S800» modelindən 2625 ədəd alınıb və yenə də birinci olub. 2-ci yeri tutan «BMW 7» modelindən 1188 ədəd, «Mercedes-Benz Maybach S-Class» modelindən isə 1040 ədəd satılıb.
Başqa sözlə, «Maextro S800»ün satışları ən yaxın iki rəqibinin birgə satışlarını üstələyib.
Ümumiyyətlə isə avqustdan bəri «Maextro S800» modelindən 14 min ədəd satılıb. «Huawei»in rəhbərliyi elan edib ki, «S800» dəyəri 140 min dollara qədər olan avtomobilər seqmentinin lideri olacaq.
диапазоне до миллиона юаней.
|
Yer |
Model |
Satışlar (yanvar, 2026) |
|
1 |
Maextro S800 |
2625 |
|
2 |
BMW 7 |
1188 |
|
3 |
Maybach S-Class |
1040 |
|
4 |
Mercedes-Benz S-Class |
1,005 |
|
5 |
Audi A8 |
460 |
|
6 |
Porsche Panamera |
451 |
|
7 |
Yangwang U7 |
111 |
|
8 |
Nio ET9 |
85 |
|
9 |
Porsche Taycan |
37 |
|
10 |
BMW i7 |
34 |










