Yaponiyanın «Nissan» konserni böhrandan çıxmaq üçün özünün müxtəlif ölkələrdəki 7 zavodunu bağlayır, eyni zamanda on minlərlə işçi ixtisar ediləcək.
Nazirliyin avtomobilləri 1 000 manatdan satışa çıxarılır- QYMƏTLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, «Nissan» şirkət böyük miqyaslı ixtisar proqramını açıqlayıb, sənəd 7 zavodun bağlanmasını və bütün dünya üzrə 20 min işçinin ixtisarını nəzərdə tutur.
Buna səbəb ağır iqştisadi vəziyyət və 4,2 milyard dollara çatacağı gözlənilən böyük itkilərdir. Şirkət rəhbərliyi elan edib ki, artıq şirkətin restrukturizasiyası sürətlə davam edir, ixtisarların isə böyük hissəsi yerinə yetirilib.
Xatırladaq ki , bu ilin yanvarında «Nissan» özünün Cənubi Afrika Respublikasındakı zavodunu Çinin «Chery» şirkətinə satıb.
Qeyd edək ki, şirkətin maliyyə göstəriciləri sürətlə pisləşir: 3-cü rübdə satış gəlirləri 5% azalıb, dünya satışları isə 3% azalaraq 778 minə düşüb. Yaponiyanın özündə də «Nissan»ın satışları 20% azalıb, nəticədə bu il «Nissan» cəmi 2,9 milyon avtomobil buraxmağı planlaşdırır ki, bu da əvvəlki ildəki 3,1 milyondan daha azdır.










