İlon Maska məxsus olan “Tesla” şirkəti bir ay əvvəl “Bitcoin” kriptovalyutasına 1.5 milyard dollar sərmayə qoyaraq, 2020-ci ildə elektrikli avtomobillərin satışından əldə etdiyi gəlirdən daha çox pul qazana bilib.
Eləcə də bax: “Tesla” “bitcoin” kriptovalyutasına - $1.5 Mlrd. Sərmayə Qoydu
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Secretmag”a istinadən xəbər verir.
“Bitcointreasuries” resursuna görə, yanvar ayında “Tesla” 1.5 milyard dollara 48 min “Bitcoin” əldə edib və bu gün onların dəyəri artıq 2.58 milyard dollara çatıb. Cəmi bir ayda kriptovalyuta avtomobil istehsalçısına təxminən 1.08 milyard dollar gəlir gətirib.
Müqayisə üçün: 2020-ci il ərzində şirkət elektrikli avtomobillərin satışından 721 milyon dollar qazanıb. Beləliklə, “Bitcoin”ə yatırılan investisiyalar şirkət üçün daha sərfəli olub.
Qeyd edildiyi kimi, “Tesla” “Bitcoin”in bahalaşması fonunda əldə etdiyi gəliri qeydiyyata salmağı planlaşdırmır. Şirkət kriptovalyutanı qeyri-maddi və qeyri-məhdud aktiv kimi qiymətləndirir.
“Tesla”nın qurucusu İlon Mask kriptovalyutaya investisiya qoymağı riskli iş adlandırıb. Onun sözlərinə görə, “Bitcoin” olduğundan daha yüksək qiymətləndirilir.
Xatırladaq ki, fevralın 20-də “Bitcoin”in qiyməti yeni rekord qırıb və 57 min dollara çatıb. Fevralın 21-i Bakı vaxtı ilə saat 16:43-də kriptovalyutanın qiyməti 57 057 dollar təşkil edib.