Elektromobil (elektrikli avtomobil) istehsalı səbəbindən litiuma tələb artıb, təklif (istehsal) isə gözlənilən sürətdə artmadığından qiymətlər yüksəlməkdə davam edir.
Eləcə də bax: «Cahan Motors»: Elektromobillərin sayını bu üsullarla artırmaq olar
Litium batareya istehsalının əsas materialıdır.
Litiumdan elektrikli avtomobillərin batareyalarında və bərpa eilən enerjinin toplanmasında istifadə edilir. Tələb güclü şəkildə artıb, mədən şirkətləri isə bu tələbi qarşılamaqda çətinlik çəkirlər.
FED.az xəbər verir ki, ötən illərdə qiymətlər aşağı olan zaman sərmayələrin yavaşlaması və pandemiya şərtləri istehsalın az qalmasına gətirib çıxarıb.
Qiymətlər artmaqdadır. Məlumata görə, tenderə 8 min tonluq litium yük üçün ton başına 2 min 240 dollarlıq bir təklif verilib. İyul ayındakı tenderdə bu təklif 1250 dollar səviyyəsində idi.
Asian Metal Inc.-ın məlumatlarına görə, Çində litium karbonat yalnız son iki ayda təxminən iki dəfə bahalaşıb, litium hidroksit isə 70%-dən çox dəyər qazanıb.
Əlavə litium hasil edilməməsi vəziyyətində elektromobillərin bazara çıxması yavaşlaya bilər. (Marja)