“Transavto EKS” ASC-nin 2019-cu il sentyabrın 24-də keçirilən növbədənkənar ümumi yığıncağında ağır tonnajlı yük avtomobillərinin Bakı şəhərinə giriş və çıxışına qoyulan məhdudiyyətlərlə əlaqədar əsas fəaliyyət növü olan ağır tonnajlı yük avtomobillərinə qaraj xidməti göstərilməsinin qeyri-mümkün olması səbəbindən “Transavto EKS” ASC-nin ləğvi haqqında qərar qəbul edilmişdir.
Eləcə də bax: «Naxçvanlıların qarajı» bağlandı – «İŞLƏYƏ BİLMİRİK»
FED.az xəbər verir ki, bu, ASC-nin elanında deyilir.
“Transavto EKS”in qarajlarında yük avtomobillərinin təmiri həyata keçirilirdi. Bakıya girişə qoyulan məhdudiyyətə görə yük avtomobillərinin gündüz saatlarında bu servisə gətiriləməsi mümkün olmurdu. Bu səbəbdən şirkətin müştəriləri kəskin azalmış və fəaliyyətində maliyyə problemləri yaranmışdı.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.1 maddəsinə uyğun olaraq. ASC-ni ləğvetmə komissiyası kreditorların meydana çıxa biləcək öz tələblərini yazılı şəkildə kreditin yaranmasını təsdiqləyən sənədlərlə birğə ləğvetmə komissiyasına bu elan dərc olunan gündən 2 ay müddətində təqdim etmələrini xahiş edir.