Bir vaxtlar addım atmağa yer olmayan, Bakı gömrük terminalının parklanma üçün olan duracağı indi sözün həqiqi mənasında tamamilə boş qalıb.
Elektromobil idxalı kəskin azalıb - YENİ RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən ilin sonunadək davam edən böyük “idxal bum”u artıq öz yerini sükuta verib. Bunun əsas səbəbi isə 2026-cı ildən avtomobillərə tətbiq edilən gömrük və vergi güzəştlərinin başa çatmasıdır.
İndi nəinki alıcılar, hətta iri avtomobil dilerləri belə yeni maşın gətirməyə tələsmirlər.
İqtisadçılar bildirirlər ki, bu boşluq gözlənilən idi, çünki ötən ilin son aylarında həm şirkətlər, həm də vətəndaşlar sanki gələcək bir neçə ilin tələbatını bir neçə aya qarşılamağa çalışdılar.
İqtisadçı Xalid Kərimli deyir ki, 2025-ci ilin sonunda bitən ''güzəşt bumu'' bazarda süni doyma yaradıb.
Onun sözlərinə görə, yeni maşınlar üçün vergi güzəştlərinin ləğvi alıcıların marağını yenidən alternativlərə yönəldir. Əgər əvvəllər hamı daha gənc və hibrid modellərə can atırdısa, indi “ikinci əl” bazarında canlanma proqnozlaşdırılır. Bu isə öz növbəsində qiymətlərə də təsirsiz ötüşmür.
Avtomobil satış sektoru üzrə ekspert Eldəniz Cəfərov idxalın azalmasının başqa səbəblırinin də olduğunu bildirir.
Ekspertlər bildirirlər ki, ümumiyətlə, avtomobil bazarında 2026-cı il həm alıcılar, həm də satıcılar üçün bir növ “adaptasiya dövrü” kimi yadda qalacaq. Bu durğunluq müvəqqətidir və 2027-ci ildən etibarən idxal rəqəmləri yenidən stabilləşməyə başlayacaq.










