Azərbaycan 2021-ci ilin ikinci yarısında Ukraynaya 400 avtomobil ixrac edəcək.
Eləcə də bax: "Gəncə Avtomobil Zavodu" yeni müqavilələr - İmzalayıb
FED.az xəbər verir ki, bunu "Azərmaş" ASC-nin İdarə heyəti sədrinin birinci müavini Zaur Hacıyev deyib.
O bildirib ki, ilin əvvəlindən Ukraynaya iki avtomobil ixrac edilib və hazırda onların sertifikatlaşdırılması aparılır.
İstehsalın genişləndirilməsi məsələsinə toxunan Z.Hacıyev xatırladıb ki, "Azərmaş Park" MMC Rusiyanın "QAZ" şirkətlər qrupu ilə Azərbaycanda kommersiya və xüsusi avtomobillərin birgə istehsalını işə salıb. (Trend)