Avtomat ötürücülü “Khazar” avtomobilləri fevralın sonunda satışa çıxarılacaq.
FED.az xəbər verir ki, “Azərmaş” İdarə Heyətinin sədri Emin Axundovun sözlərinə görə, bu avtomobillərin qiyməti 17 min manatdan başlayacaq.
Eləcə də bax: Bakıda avtomobil icarəsi uğurlu biznesdirmi? - ARAŞDIRMA
Zavodun direktoru bildirib ki, artıq avtomat ötürücülü avtomobillərin ilk partiyası istehsal olunub:
O qeyd edib ki, bu il üç min ədəd “Khazar” avtomobilinin istehsalı nəzərdə tutulub:“Hazırda avtomobillər sınaq müddətindədir. 10 gün sonra həmin avtomobilləri satışda görəcəksiniz”.
“Ümumilikdə bizim zavodda istehsal olunan avtomobillərin qiymətləri 13 min 500 manatdan 21 min manatadək dəyişir. Hazırda ölkədə bu qiymətə yeni avtomobil yoxdur” (oxu.az).
Eləcə də bax: Avtomobili lizinqlə necə almaq olar? - ŞİRKƏTLƏR, ŞƏRTLƏR