2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan ixrac olunan elektromobillərin sayı və dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
Avtomobil idxalı artdı, amma orta dəyər azaldı - GÖSTƏRİCİLƏR
Bu barədə FED.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Cari ilin ilk üç ayında ölkədən 428 ədəd elektromobil ixrac olunub. Halbuki 2024-cü ilin eyni dövründə bu göstərici 830 ədəd idi. Beləliklə, ixracda 402 ədəd və ya 48,4% azalma qeydə alınıb.
2025-ci ilin yanvar-mart aylarında elektromobil ixracından əldə olunan gəlir 15 milyon 557 min dollar, 2024-cü ildə isə bu məbləğ 35 milyon 308 min dollar olub. Bu da gəlirlərin çəkisində 55,9% azalma deməkdir.
Cari ildə 1 elektromobilin orta ixrac qiyməti 36 min 350 dollar təşkil edib. Bu isə ötən ilin eyni dövründəki 42 min 540 dollarla müqayisədə 6 min 190 dollar və ya 14,6% daha aşağıdır.