Banner

Avto

Azərbaycandan Ukraynaya ixrac ediləcək avtomobillərin markası – AÇIQLANDI

Azərbaycandan Ukraynaya ixrac ediləcək avtomobillərin markası – AÇIQLANDI | FED.az
21:38 13 Fev 2019

“Khazar” zavodu “Dena” markalı avtomobilləri Ukraynaya ixrac edəcək.
 
FED.az-ın məlumatına görə, bu barədə “Iran Khodro” şirkətinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Səbinə Nubar deyib.
 
ELƏCƏ DƏ BAX: Rusiyanın avtomobil şirkəti Azərbaycana dair planlarını – AÇIQLADI
 
O bildirib ki, bu ildən Neftçaladakı “Khazar” zavodunda istehsal edilən “Dena” markalı avtomobillər Ukraynaya ixrac olunacaq: “Bu avtomobillərə Belarusda da maraq var. İlin sonunadək Belarusda satış mərkəzinin açılması nəzərdə tutulur”.
 
S.Nubarın sözlərinə görə, “Khazar” zavodunun avtomobilləri keyfiyyətinə və rahatlığına görə Avropa ölkələrində istehsal edilən avtomobillərdən geri qalmır. Keyfiyyət amili bu avtomobillərə marağın artmasına səbəb olub.
 
Qeyd edək ki, “Azərmaş” ASC İranın “Iran Khodro” şirkəti ilə birgə “Khazar” zavodunda avtomobil istehsal edir.

Digər xəbərlər

Banner