Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın “KamAZ” ASC-nin baş direktoru Sergey Koqoqinlə görüşüb.
ELƏCƏ DƏ BAX: Ev qiymətinə olan qarajlar – QİYMƏTLƏR, VİDEO
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, Ş. Mustafayev qeyd 2015-ci ilin fevralında “KamAZ” ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlıq haqqında müqavilə imzalandığını, bu müqaviləyə uyğun olaraq, Gəncə Avtomobil Zavodunda “KamAZ” avtomobillərinin yığımının həyata keçirildiyini xatırladıb.
S.Koqoqin “KamAZ” avtomobillərindən hazırda dünyanın 80-dən çox ölkəsində istifadə edildiyini, MDB ölkələrində “KamAZ”ın 40-dan artıq servis xidmətinin fəaliyyət göstərdiyini bildirib. Azərbaycan bazarının əlverişli olduğunu diqqətə çatdıran S.Koqoqin qeyd edib ki, “KamAZ” ASC Azərbaycanda kənd təsərrüfatı texnikası və kommunal istifadə olunan nəqliyyat vasitələri istehsal edə bilər. Bundan başqa, yeni nəsil “KamAZ” avtomobilləri üçün Bakıda və regionlarda servis xidməti yaradıla bilər.
Görüşdə əməkdaşlığın genişləndirilməsi, bir sıra ehtiyat hissələrinin Azərbaycanda istehsalının təşkili imkanları müzakirə edilib.
Rusiyanın avtomobil şirkəti Azərbaycana dair planlarını – AÇIQLADI
19:05
13 Fev 2019