"Azərbaycan Françayzinq Assosiasiyası" İctimai Birliyi ölkədəki yanacaq doldurma məntəqələrində (YDM) elektromobillər üçün enerji doldurma yerlərinin açılması istiqamətində iş aparır.
Füzulidə elektromobillər üçün - Enerji Doldurma Stansiyaları Quraşdırılacaq
FED.az xəbər verir ki, bunu Assosiasiyanın İdarə Heyətinin sədri Camid Mövsümov bildirib.
"Bu məqsədlə Türkiyə və Böyük Britaniyadan olan şirkətlərlə görüşlərimiz davam edir. Enerji doldurma qurğularını mövcud YDM-lərin içində yerləşdirməyi nəzərdə tutmuşuq", - deyə o qeyd edib.
"Enerji doldurma yerlərinin açılmasına maraq göstərən investorlar var. Onlarla da danışıqlarımız davam edir. Həmin infrastrukturu xüsusilə regionlardakı yollar üzərində yaratmağı planlaşdırırıq. Yəni, bütün Azərbaycanı əhatə etmək istəyirik. Bu, elektromobillərdən istifadənin genişlənməsinə ciddi təkan verəcək”, - deyə sədr əlavə edib.
Onun sözlərinə görə, Bakıdakı YDM-lərdə enerji doldurma qurğularının quraşdırılmasına ilkin mərhələdə 3 milyon ABŞ dolları investisiya qoyuluşu nəzərdə tutulub: "Tədricən bu məbləğ artacaq. YDM-lərdə 1 qurğunun yerləşdirilməsi 200 min ABŞ dollarına başa gəlir. İlkin olaraq Bakıda 8 YDM-i əhatə etməyi planlaşdırmışıq. Regionlara isə 1,5–2 milyon ABŞ dolları arası yatırım gözlənilir". (Report)