İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerjiyə keçid sürətlə aparılır. Bu ərazilərdə demək olar ki, bütün mümkün yerlərdə elektromobillərin enerji doldurması üçün məntəqələr tikilib.
Elektromobillər üçün II və III səviyyə enerji doldurucuları idxal rüsumundan - AZAD EDİLİB
FED.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar mərkəzinin direktoru Araz Məmmədzadə qurumun 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
“Füzulidə ilk dəfə Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi tikilib və istifadəyə hazırdır. Orada elektromobillər üçün enerji doldurma stansiyalarının quraşdırılması da planlaşdırılır”, - deyə Araz Məmmədzadə əlavə edib.