2023-cü ilin sonuna Azərbaycanda qeydiyyatda olmuş 1 milyon 501 min 957 ədəd minik avtomobilinin 1 milyon 267 min 664 ədəddinin və ya 84,4%-nin yaşı 10 ildən yüksək olub.
Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən avtomobillərin 603 min 512 ədədinin və ya 40,2%-nin yaşı 10 ildən 20 ilədək, 664 min 152 ədədinin və ya 44,2%-nin yaşı isə 20 il və yuxarıdır.
Bundan başqa yaşı 5 iləqədər ki, olan avttomobillərin sayı 81 min 809 ədəddir və bu ümumi avtomobillərin 5,4%-ni təşkil edib. 5-10 il arası avtomobillərin sayı isə 152 min 484 ədəd olub ki, bu da ümumi avtomobillərin sayının 10,1%-ni təşkil edib.