Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda avtobuslarla 826 845,1 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 8,9% azdır.
Eləcə də bax: Azərbaycanda taksi ilə sərnişin daşımaları - İKİQAT ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin yanvar-oktyabr aylarında avtobus nəqliyyatı ilə 907 156,4 min sərnişin daşınıb.
Məlumata görə, hesabat dövründə minik taksilərindən 74 171 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur. Belə ki, 2020-ci ilin yanvar-oktyabr aylarında taksi xidmətlərindən 35 984,6 min nəfər istifadə edib.
Xatırladaq ki, ötən il ölkədə avtobuslarla 1 055 266,9 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır. Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 37,5% azdır. Azalma koronavirus pandemiyası çərçivəsində ötən ilin aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.