2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 838 milyon 905,2 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 10% azdır.
Eləcə də bax: Polis əməkdaşları müştəri qismində taksi sürücülərini yoxlaya bilər - Ekspert
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 milyon 763,3 min nəfər (artım 5,6%), dəniz nəqliyyatı ilə 12,5 min nəfər (azalma 26,9%), hava nəqliyyatı ilə 795,3 min nəfər (artım 52,2%) daşınıb.
Yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı vasitələri ilə 797 milyon 386,5 min sərnişin (azalma 7,3%), avtobuslarla 729 milyon 912,4 min sərnişin (azalma 11,8%), taksilərlə 67 milyon 474,1 min sərnişin (artım 2,1 dəfə) daşınıb.
Sərnişindaşıma fəaliyyətini 2021-ci il mayın 31-dən bərpa etmiş Bakı Metropolitenində 38 milyon 947,6 min sərnişinə (azalma 44%) xidmət göstərilib.
Xəbər verildiyi kimi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanda aviareyslərin həyata keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər qüvvədə qalıb.