Azərbaycanda Özbəkistanla birgə avtomobillərin yığılması təşkil olunacaq.
FED.az xəbər verir ki, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü çərçivəsində Bakıda keçirilən biznes forum çərçivəsində Azərbaycannin “Azərmaş” şirkəti ilə Özbəkistanın “Uzavtosanoat” şirkəti arasında Azərbaycanda avtomobillərin yığılması barədə anlaşma memorandumu imzalanacaq.
Eləcə də bax: Azərbaycana avtomobil idxalı – 2 DƏFƏ ARTIB
Biznes forum çərçivəsində ümumilikdə 14 memorandum, protokol, müqavilə imzalanacaq.
APA