“Alatava Avtonəqliyyat-2” ASC yenidən təşkil olunur.
Eləcə də bax: Avtomobillərə «Fərqlənmə nişanı»nın verilməsi - QAYDASI DƏYİŞİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Alatava Avtonəqliyyat-2” ASC tərkibindən ayrılma yolu ilə yeni hüquqi şəxsin “EM-STONE” MMC-nin təsis edildiyini elan edir.
İddiası olan kreditorlar, fiziki və hüquqi şəxslər cəmiyyətə müraciət edə bilərlər.
Qeyd edək ki, “Alatava Avtonəqliyyat-2” ASC ayrılma yolu ilə yenidən təşkili ilə əlaqədar cəmiyyətin AZ1001018972 nömrə ilə dövlət qeydiyyatına alınmış, hər birinin nominal dəyəri 2,00 manat olan, ümumilikdə 139178,00 manat dəyərində 69589 ədəd adi, sənədsiz, adlı səhmi silinərək dövriyyədən çıxarılır.