Avtomobillər üçün mühərrik yağlarının qiyməti bahalaşıb.
Eləcə də bax: Mühərrik yağ sistemi yuyucusu olan - ENGİNE FLUSH 16 MANATA TƏKLİF OLUNUR
Əvvəllər 50-55 manata satılan avtomobillərin mühərrik yağları indi 75-80 manata təkilif olunur.
FED.az xəbər verir ki, sürücülərin sözlərinə görə, bahalaşma bir neçə aydır ki, müşahidə edilir. Onlar deyirlər ki, istehsalçı ölkədən asılı olaraq yağların litrində minimum 5, maksimum 15 manat artım var. Yağ satışı və dəyişimi ilə məşğul olanlar deyirlər ki, qiymət artımı əsasən Avropadan idxal edilən yağlarda qeydə alınır.
Bəs buna səbəb nədir?
Bu sahə üzrə fəaliyyət göstərən sahibkar Əfqan Əsədov hesab edir ki, qiymətə təsir edən amillərdən biri də daşıma xərcləridir. Sahibkar vurğılayıb ki, mövcud vəziyyətin hələ nə qədər davam edəcəyi dəqiq bilinmir.