Yanvar-mart aylarında ölkədə 439 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 31 ədəd çox minik avtomobili istehsal olunub.
Eləcə də bax: Rusiyada “Opel” və “Peugeot” istehsalı - DAYANDIRILIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 124 milyon manatlıq məhsul istehsal edilib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 6,6 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı 23 faiz artıb. (Azərtac)