Rusiyanın Kaluqa şəhərindəki avtomobil zavodu “Opel”, “Citroen” və “Peugeot” avtomobillərinin istehsalını dayandırıb.
Eləcə də bax: "Rusiya avtomobillərinin Azərbaycana idxalı ilə bağlı problem yoxdur" - AÇIQLAMA
FED.az Banker.az-a istinadən xəbər verir ki, konsernin nümayəndələrinin sözlərinə görə, ehtiyat hissələrinin çatışmazlığı və maddi-texniki problemlər səbəbindən şirkət məcburi tədbirlər görməli olub.
“Stellantis çarpaz sanksiyalara tam əməl olunmasını təmin etmək və işçilərini qorumaq üçün Kaluqadakı fəaliyyətini dayandırıb. Şirkət zorakılığı pisləyir və sülhü bərpa etməyə qadir olan bütün hərəkətləri dəstəkləyir”, – deyə mesajda bildirilib.
Mart ayında zavod Rusiyada yığılan avtomobillərin digər ölkələrə çatdırılmasını dayandırıb. Fevralın 24-ü isə şirkət istehsalı bağlamağı və ya köçürməyi planlaşdırmadığını açıqlayıb.
“Stellantis” konserni “Opel”, “Citroen”, “Peugeot”, “Jeep”, “Eurorepar” və “Mopar” kimi avtomobillər istehsal edir. Avropa Biznesi Assosiasiyasının məlumatına əsasən, 2021-ci ildə Rusiyada 18 500 “Stellantis” avtomobili istehsal olunub.