Yanvar-mart aylarında ölkədə 408 və ya ötən ilin müvafiq dövrünə nisbətən 264 ədəd az minik avtomobili istehsal olunub.
Eləcə də bax: “Azərmaş”ın sədri: “Çip çatışmazlığı avtomobil istehsalımıza təsir edir”
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 60,6 milyon manatlıq məhsul istehsal edilib. 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 2,4 dəfə artıb. (Azərtac)