Azərbaycanda «Lada Vesta Cross Sedan 2019» modellərinin satış şərtləri dəyişib.
FED.az xəbər verir ki, «Xəzər Lada» şirkətindən verilən məlumata görə, həmin avtomobillərin satışında yeni lizinq şərtləri tətbiq edilib. Yeni şərtlərə görə, hazırda «Vesta Cross SE1.8» modelini 23100 AZN-ə, iİlkin ödəniş 5700 AZN; aylıq ödəniş isə 48 ay müddətində 580 AZN-ə almaq olar.
Eləcə də bax: Bakıda satılan avtomat sürət qutulu - ƏN UCUZ AVTOMOBİLLƏR – QİYMƏTLƏR
Əvvəlki şərtlər isə - ilkin ödəniş 6700 manat, aylıq ödəniş 538 manat idi. Bu məbləğə, 3 illik kasko, 1 illik icbari sığorta, gps sistemi və DYP rəsmiləşdirilməsi daxildir.