“Avtovaz” Azərbaycanda “Lada” avtomobillərinin irimiqyaslı yığılmasını təşkil etmək üçün danışıqlar aparır.
“Xəzər-Lada” şirkəti nizamnamə kapitalını - AZALDIR
FED.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Maksim Sokolov jurnalistlərə açıqlamasında deyib.
“Avtovaz”ın nümayəndə heyəti bu günlərdə Azərbaycandadır və danışıqlar aparırıq. Onlar gələcək tərəfdaşlarımızın istehsal imkanlarına baxırlar. Ümid edirəm ki, yazda müsbət xəbərlər olacaq”, – Sokolov bildirib.
Qeyd edək ki, yanvar ayında şirkətin təqdimat mərasimində Azərbaycanda iribloklu yığma üsulu ilə avtomobillərin kütləvi istehsalına başlanılmasının planlaşdırıldığı vurğulanmışdı. (Report)